2 saylı uşaq evinin sakinləri “Soyuq əllər,isti ürək” yarmarkamızın qonağı oldular

Dekabrın 15-də “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının qonaqları Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evinin sakinləri oldular.

Uşaqlara “Pizza Mizza”dan dadlı təamlar, ”Barista&Chef”, “Cake&Bake” və “IL Patio” tərəfindən sərinləşdirici içkilər təqdim edildi. Daha sonra balaca qonaqları şən kloun Aquşa əyləndirdi. “Balkhoorma”, “Azərbaycan çayı”, “Xırtaxırt”, “Taste of friendship”, “Happy Buddy” və Vüqar müəllim tərəfindən hazırlanmış xüsusi qarğıdalı və şirniyyatlar, eləcə də kiçik hədiyyələr uşaqlar üçün bu günü daha yaddaqalan etdi.
Tədbirin təşkilində bizə dəstək olan “BakuBus” MMC-yə və “IL Patio” restoranına dərin minnətdarlığımızı bildiririk!

Categories :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *