Archive for

December 2016

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində bir gün

DATE : December 30, 2016 AUTHOR : COMMENTS : No Comments

Dekabrın 30-da “Nargis” xeyriyyə fondunun əməkdaşları “Asan Xidmət” mərkəzinin komandası ilə birgə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzində olublar. Mərkəzin sakinlərinə “Asan məktub” aksiyası çərçivəsində hədiyyələr, eləcə də Fond tərəfindən paltaryuyan maşın təqdim olunub. Bu xeyriyyə layihəsinə dəstək göstərən bütün şəxslərə öz təşəkkürümüzü bildiririk!             

READ MORE

7 saylı Uşaq Nevroloji Sanatoriyasının uşaqlarına bayram sovqatı

DATE : December 27, 2016 AUTHOR : COMMENTS : No Comments

“Nargis” xeyriyyə fondunun komandası Yeni il münasibətilə Ramana qəsəbəsində yerləşən 7 saylı Uşaq Nevroloji Sanatoriyasına baş çəkib. Uşaqlara “Procter & Gamble” şirkətindən müxtəlif hədiyyələr və geyim əşyaları paylanılıb. Xeyirxah aksiyaya biganə qalmayan bütün şəxslərə öz minnətdarlığımızı bildiririk!             

READ MORE

“Ümid Yeri” uşaq sığınacağının sakinlərinin bayram sevinci

DATE : December 26, 2016 AUTHOR : COMMENTS : No Comments

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının növbəti qonaqları “Ümid yeri” uşaq sığınacağının sakinləri olublar. Balaca qonaqlar maraqlı əyləncəli şou-proqrama tamaşa edib, nahar yeməyində isə onlara “Fresh Catering” şirkətindən dadlı təamlar və “Bon appetite” şirkətindən peçenyelər təqdim olunub.  Azərbaycanın tanınmış futbolçuları ilə görüş və “Flame Towers”də yerləşən “Park Cinema” kinoteatrında “Yolki […]

READ MORE

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində bir gün

DATE : December 26, 2016 AUTHOR : COMMENTS : No Comments

Yeni il bayramı ərəfəsində “Nargis” xeyriyyə fondunun komandası Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinə baş çəkiblər. Uşaqlara fondun adından və “Procter & Gamble” şirkətindən müxtəlif hədiyyələr təqdim olunub. Xeyirxah aksiyaya biganə qalmayan bütün xeyirxah insanlara minnətdarlığımızı bildiririk!                  

READ MORE

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində görüş

DATE : December 26, 2016 AUTHOR : COMMENTS : No Comments

Yeni il bayramı ərəfəsində “Nargis” xeyriyyə fondunun əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbini ziyarət ediblər. Uşaqlara fondun adından Yeni il küknarı, oyuncaqlar, geyim əşyaları və dəftərxana ləvazimatları, eləcə də “Procter & Gamble” şirkətindən hədiyyələr təqdim olunub.                  

READ MORE