4 saylı xüsusi internat məktəbinin sakinləri “Soyuq əllər,isti ürək” yarmarkasında

Dekabrın 21-də yarmarkamızın qonaqları Şüvəlan qəsəbəsində yerləşən 4 saylı xüsusi internat məktəbinin sakinləri oldular.Fokusçu Anar tərəfindən təşkil edilən əyləncə proqramından sonra uşaqlara “Bakı Qutabı”, “Happy Buddy” və “İstanbul Tantuni”-dən dadlı təamlar, “Barista&Chef”-dən meyvə suları, “Azərbaycan çayı” tərəfindən isti içkilər və hədiyyələr təqdim edildi. Vüqar müəllim, «Balkhoorma», «Xırtaxırt», «Can-Pa», «Sea Port», «Bambini» və «World Telecom» tərəfindən hazırlanmış xüsusi hədiyyələr, qəlyanaltılar və şirniyyatlar uşaqlar üçün bu günü daha da yaddaqalan etdi.

Tədbirin təşkilində bizə dəstək olan “BakuBus” MMC-yə və “IL Patio” restoranına dərin minnətdarlığımızı bildiririk!

Categories :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *