4 mart "Nargis" Fondu 1 saylı uşaq evinin sakinləri ilə unudulmaz gün yaşadı! Balacalar @sarabistrobaku -da toplaşaraq Novruzun ab-havasını yaşadılar və birlikdə maraqlı vaxt keçirtdilər.
Günün ən yaddaqalan hissəsi @__resinart____ və @svetik.masterklass tərəfindən təşkil olunan master-klass oldu! Uşaqlar Novruza aid şirniyyatları rəngləyərək, bayramın simvollarına öz yaradıcılıqlarını qatdılar. Bu fəaliyyət onların bayrama olan sevincini və marağını daha da artırdı!
Rahat və təhlükəsiz nəqliyyat üçün @bakubus_official -a, həmçinin balacalar üçün qapılarını açan @sarabistrobaku -ya və maraqlı master-klassa görə @__resinart____ və @svetik.masterklass -a təşəkkür edirik!