11 Saylı İnteqrasiya Təlimli internatın uşaqları "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda

11 mart, 11 saylı İnterqrasiya Təlimli İnternat Məktəbinin sakinləri üçün xüsusi və unudulmaz bir gün oldu! "Nargis" fondu olaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (@icherisheher_living_history) dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda (@gala.reserve) uşaqlar üçün bayram əhval-ruhiyyəsi dolu bir ekskursiya təşkil etdik.

Balacalar qədim adət-ənənələrimizlə tanış oldu, maraqlı master-klasslarda iştirak edərək öz bacarıqlarını sınayıb Novruzun sehrini hiss etdilər. Ekskursiya boyunca onların rahatlığını @bakubus_official təmin etdi, günün sonunda isə @azpapajohns restoranında dadlı yeməklərlə bayram sevincini yaşadılar.

Bu gözəl anları mümkün edən hər kəsə dərin minnətdarlığımızı bildiririk!

Uşaqların üzündəki təbəssüm, gözlərindəki sevinc hər şeyə dəyər!