30 noyabr tarixində “Nargis” Fondu @circusseabreeze-in dəvəti ilə 2 Saylı Uşaq evinin sakinlərini möhtəşəm Holoqram sirk şousuna apardı. Balacalar maraqlı çıxışlar izləyib doyunca əyləndilər. Ardınca @9senses-in təşkil etdiyi rəsm master-klassında iştirak edərək öz kiçik sənət əsərlərini yaratdılar. @vidacafe-də dadlı təamlardan dadıb istirahət edəndən sonra uşaqlar günü Lunaparkda əyləncə ilə tamamladılar.
Bu gözəl günü mümkün etdiklərinə görə @circusseabreeze, @9senses, @vidacafedr və @bakubus-a təşəkkür edirik!
