12 saylı xüsusi internat məktəbinin şagirdləri üçün cizgi film nümayişi

06/1/17 7:38 AM
İyunun 1-də “Nargis” xeyriyyə fondu “Flame Towers”də yerləşən “Park Cinema” kinoteatrında 12 saylı xüsusi internat məktəbinin şagirdləri üçün cizgi film nümayişi təşkil edib .Sözügedən kinoteatrda körpələri fondun təsisçisi Ülviyyə Mahmudova, icraçı direktor Nigar Nazarova, icraçı direktorun müavini Nərmin Əliyeva və əməliyyat meneceri Lalə Xəlilova qarşıladılar. Ülviyyə Mahmudova uşaqları bayram münasibətilə təbrik etdi və onlarla şəkil çəkdirdi.Eyni zamanda fondun rəhbərliyi bu kimi tədbirlərin uşaqlarda yaxşı zövqün formalaşmasına yardım etdiyini vurğulayıb,bu kimi tədbirlərin keçirilməsini daim dəstəklədiyini qeyd etdi. 60-a yaxın uşaq Azərbaycanın ilk uşaq komediyası olan “Samedik” filmini böyük maraqla izləyiblər. Film nümayişindən sonra onlara “Pizza Mizza” şirkətindən dadlı təamlar, eləcə də şirniyyatlar təqdim olunub. “Nargis Fund” tədbirin təşkilində əməyi olan aktyor Ramiz Hüseynzadəyə, o cümlədən “Baku Bus” şirkətinə dərin minnətdarlığını bildirir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

June 1, 2017