2 saylı internat-məktəbinin sakinləri üçün cizgi film nümayişi

Dekabrın 30-da “Nargis” fondun dəstəyi və “Royal Holding”-in təşkilatçılığı ilə Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı internat-məktəbinin sakinləri üçün Yeni il şənliyi baş tutdu. 50-ə yaxın uşaq “Flame Towers” da yerləşən “Park Cinema” kinoteatrında “Soyuq ürək 2” cizgi filmini böyük maraqla izlədi. Cizgi filmin nümayişindən sonra “Cafepark” restoranında balaca qonaqlarımıza dadlı təamlar, isti və soyuq içkilər təqdim olundu. Bundan əlavə, Panda və Robot animatorların əyləncə proqramları bu günü daha yadda qalan etdi. “Nargis” fondu tədbirin təşkilində bizə dəstək olan “Royal Holding”-ə və “BakuBus” MMC-ə dərin minnətdarlığını bildirir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *