Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis”Fondunun ilə birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilmişdi

06/4/19 9:40 AM

Öncədən bildirdiyimiz kimi, Yeni il ərəfəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilmişdi. Tədbirin əsas məqsədi 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün vəsait toplamaq idi. Böyük fərəh hissi ilə bildirmək istərdik ki, gözdən əlil və zəif görən uşaqların oxu və yazı bacarıqlarını mənimsəmələri üçün zəruri olan Brayl çap maşını kiçik sahiblərinə təhvil verildi. Bir daha Macarıstanın ölkəmizdəki səfirliyinə göstərdikləri dəstək və təşəbbüs üçün dərin minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

June 4, 2019