Balaca Zəhraya dəstək olaq!

08/10/17 8:19 AM
Zəhra Sədiyeva anadangəlmə ağır ürək qüsurundan əziyyət çəkir. Körpənin ailəsi bir çox yerli klinikalara müraciət etsə də əməliyyat riskli olduğu üçün həkimlər bundan imtina ediblər. Cərrahlardan biri analoji əməliyyatların Azərbaycanda aparılmadığını bildirərək, uşağı İstanbula aparmağı tövsiyə etdi. Bu cür əməliyyatları orada Süleyman həkim həyata keçirir. Ailə böyük narahatlıq içərisində idi. Belə ki, Zəhra ailənin illər sonra doğulan tək uşağıdır və onun anası bir daha övlad sahibi ola bilməyəcək. Bu məsələ ilə bağlı ailə "Nargis" fonduna müraciət etdi. Əməliyyat üçün lazım olan məbləğ 25000 ABŞ dollarıdır və sentyabrın 20-dək həyata keçirilməlidir. "Nargis Fund" hamını Zəhraya kömək etməyə çağırır. Şəffaflıq üçün biz uşağın anasının adına bank hesabı açdırdıq və toplanan pullar mütəmadi olaraq fondun nümayəndələri tərəfindən yoxlanılacaq. Hər həftə vəsaitin toplanışı barədə sizə məlumat veriləcək. Bir körpəyə xoşbəxt uşaqlıq bəxş etmək üçün siz də öz köməyinizi əsirgəməyin!

20.09.2017

Anadangəlmə ağır ürək qüsurundan əziyyət çəkən Zəhra Sədiyeva əməliyyat olunmaq üçün "Nargis Fund"ın nümayəndəsi Nərmin Əliyeva ilə birlikdə İstanbula yola düşüb. Körpənin əməliyyatı sentyabrın 22-də "Medicana" xəstəxanasında baş tutacaq. Hazırda qızcığazın vəziyyəti stabildir, sabah o, türkiyəli həkimlər tərəfindən müayinə ediləcək. Zəhraya həyata qayıtmaq üçün şans bəxş edən anonim şəxslərə, o cümlədən Zəhranı və fondun nümayəndəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə öz minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

August 10, 2017