Cavid Dəmirli

Anadangəlmə eşitmə qüsurundan və serabral iflicdən əziyyət çəkən Cavid Dəmirlinin ailəsi fondumuza dəstək üçün müraciət etmişdir. Cari ilin mart ayının 18-ində Türkiyənin aparıcı xəstəxanalarının birində 4 yaşlı körpənin koklear implantasiya əməliyyatı baş tutdu. Halhazırda Cavidin vəziyyəti qənaətbəxşdir və yaxın günlərdə onun qulağına eşitmə cihazı taxılacaqdır. “Nargis Fund” əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Cavid və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Türk Hava Yolları”na öz minnətdarlığını bildirir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *