Cenevrədə Novruz sevinci

04/16/19 8:22 AM
Novruz bayramı münasibətilə Cenevrədə yaşayan soydaşlarımızın təşəbbüsü və Azərbaycandakı “Nargis” fondu xeyriyyə təşkilatının dəstəyi ilə ölkəmizin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyində bayram şənliyi keçirilib. Bayram tədbirinə Cenevrədə yaşayan azərbaycanlılarla yanaşı, əcnəbi qonaqlar da qatılıb. Tədbirin bədii hissəsində Cenevrədə yerləşən “Oiseau Bleu“ (Göy quş) adlı beynəlxalq məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında təhsil alan şagirdlər Azərbaycan şerlərini və mahnılarını ifa ediblər və milli rəqslərdən ibarət geniş proqramı tədbir iştirakçılarına təqdim ediblər.Tədbirin sonunda şagirdlərin Novruz bayramına həsr edilmiş rəsmləri nümayiş etdirilib və onların satışından toplanmış vəsait xeyriyyə məqsədilə “Nargis” fonduna təqdim olunub. Tədbir çərçivəsində toplanan məbləğ 210 frank,50 euro və 25 funt təşkil edir. Tədbirin yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə görə Fidan Mehdiyeva, Aliyə Əzimova və Mariya Xan Xoyskayaya dərin minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

April 16, 2019