Daha 6 nəfər Türkiyəyə əməliyyata göndərildi

05/8/20 3:53 PM
Əziz dostlar! Bildiyiniz kimi martın 15-dən etibarən COVİD-19 yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan-Türkiyə sərhədi müvəqqəti bağlandı. Bu səbəbdən Türkiyədə mayın əvvəlinə planlaşdırılmış iki azyaşlı talassemiya xəstəsi Faiq Əhədov və Ulviyyə Səfərovanın, həmçinin artıq Türkiyədə müalicə alan xəstəmiz Samirə Cəfərovanın sümük iliyi donorunun Türkiyəyə təcili göndərilməsi çətinləşdi. Lakin buna baxmayaraq “Nargis” Fondunun dəstəyi ilə 7 may tarixində adı çəkilən vətəndaşların və müşahidəçilərinin Türkiyəyə göndərilməsi gərçəkləşdi! Onlar artıq klinikaya yerləşdi və tezliklə əməliyyat olunacaqlar. Bu ağır şərtlərdə səfərin gərçəkləşməsi üçün dəstək göstərən Nazirlər Kabinetinin Operativ Qərargahı , Türkiyənin Azərbaycanda səfirliyi və şəxsən cənab səfir Özoral, Azərbaycanın Türkiyədə səfirliyi, Türkiyədə ambulansı təşkil edən “Mediline” Group Assistance və Azərbaycan Hava Yollarına dərin minnətdarlığımızı bildiririk! Qoy bütün uşaqlar sağlam olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

May 8, 2020