Esma Ömərova

11/8/17 7:51 AM
Noyabrın 2-də anadangəlmə eşitmə qüsurlu Esma Ömərova “Nargis Fund”ın nümayəndəsi Nərmin Əliyeva ilə birlikdə İstanbula yola düşüb. Türkiyənin qabaqcıl klinikalarından birində balaca qızcığaz koklear implantasiya əməliyyatı ediləcək. Bu əməliyyatın həyata keçirilməsində öz yardımını əsirgəməyən xeyirxah insanlara və adıçəkilən şəxsləri aviabiletlərlə təmin etməklə “Nargis Fund”ın fəaliyyətini daim dəstəkləyən “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!05.11.2017Noyabrın 5-də anadangəlmə eşitmə qüsurlu Esma Ömərova üzərində İstanbulun “Kolan” klinikasında koklear implantasiya əməliyyatı aparılıb. Körpənin əməliyyatı uğurla başa çatıb. “Nargis Fund” bu əməliyyatın həyata keçirilməsində öz yardımını əsirgəməyən xeyirxah insanlara öz minnətdarlığını bildirir!30.01.2018Bir müddət əvvəl koklear implantasiya əməliyyatı edilən Esma Ömərovanın qulağına aparıcı türk klinikalarının birində eşitmə cihazı taxılıb.Üzərində koklear implantasiya əməliyyatı aparılan balaca Esma təkrar müayinələr üçün bir müddət sonra yenidən Türkiyəyə yola düşəcək. “Nargis Fund” əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən “Azərbaycan Hava Yolları” öz minnətdarlığını bildirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

November 8, 2017