Fuad Mirzəmətov

Türkiyənin qabaqcıl klinikalarından birində anadangəlmə eşitmə qüsuru olan Fuad Mirzəmətova uğurla koklear implantasiya əməliyyatı edilib. Bir müddət əvvəl isə onun qulağına eşitmə cihazı taxıldı. 2 yaşlı Fuad ətrafda baş verənləri duymağa və doğmalarının səsini eşitməyə başladı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk! Həmin anların videosunu təqdim edirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *