Fuad Oruclu

Mayın 18-də “Nargis” Fondunun nümayəndəsi Nərmin Əliyeva böyrək çatışmazlığı diaqnozu qoyulan Fuad Oruclu,  birlikdə Türkiyənin İstanbul şəhərinə yola düşüblər. Fuad üzərində “Gaziosmanpaşa” xəstəxanasında aparılacaq əməliyyatla böyrəklərin funksional aktivliyini bərpa etmək üçün ona qoyulmuş kateter çıxarılacaq.22.05.2017Böyrək çatışmazlığı diaqnozu qoyulan Fuad Oruclunun əməliyyatı uğurla başa çatdı. O, hələ 10 gün müddətində İstanbulun "Gaziosmanpaşa" xəstəxanasında həkimlərin nəzarəti altında olacaq.02.10.2017

2 oktyabrda iki yaşlı Fuad Oruclu Nargis Fondunun nümayəndəsi Nərmin Əliyeva ilə birlikdə Gaziosmanpaşa İstanbul klinikasına yollandılar.Balaca Fuad böyrək çatışmazlığından əziyyət çəkirdi. 4 ay öncə həmin klinikada əməliyyat olunan balaca bu dəfə yenidən müayinə üçün klinikaya gəldi. Müayinələrin nəticəsi Fuadın bir daha müvəffəqiyyətlə bərpasını təsdiq etdi. Ancaq o, mütəmadi olaraq bir neçə il həkim tərəfindən müşahidə olunmalıdır.“Nargis Fund” Fuadın müalicəsində göstərdiyi kömək üçün bütün anonim şəxslərə və uşağın Türkiyəyə uçuşunun həyata keçirilməsində yardım etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə və Türk Hava Yolları” şirkətinə dərin minnətdarlığını bildirir! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *