Günəş Qurbanova

Fevralın 20-də "Nargis Fund"ın nümayəndəsi Nərmin Əliyeva bədəninin sol tərəfinin deformasiyasından əziyyət çəkən Günəş Qurbanova ilə birlikdə İstanbulun "Florence Nightingale" klinikasına çatıblar. Aparılan müayinələrdən sonra ona Parri-Romberq (əzələ sisteminin deformasiyası) diaqnozu qoyulub. Təəssüf ki, hazırda bu xəstəliyin müalicəsi yoxdur. Lakin diaqnozun təsdiqlənməsi üçün əlavə müayinələr və analizlər aparılacaq. Müayinənin ödənişini etdiyi üçün anonim şəxsə, uçuş biletlərini təqdim etdiyinə görə isə "Azərbaycan Hava Yolları" QSC-yə minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *