İbrahim Allahverdiyev

Bir müddət əvvəl “Nargis” Fonduna Allahverdiyevlər ailəsi müraciət etmişdi. Belə ki, ailənin hələ ana bətnində olan körpəsinin ürəyində qüsur aşkarlanmışdı. Yeni doğulan körpə üzərində ürək əməliyyatının Azərbaycanda mümkün olmadığı bildirilsə də, Respublika Diaqnostika Mərkəzinə dəvət olunan italiyalı həkimlər və ürək-damar cərrahı Rəşad Mahmudovun birgə səyləri nəticəsində əməliyyat baş tutdu. Hal hazırda körpənin vəziyyəti qənaətbəxşdir.  “Nargis” Fondu əməliyyatın keçirilməsi üçün tələb olunan vəsaitin tamamlanmasında yardım etdiyinə görə xeyriyyəçi Səbinə Rəhimovaya dərin minnətdarlığını bildirir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *