İDEA mebel salonu payız festivalı elan edir!

10/2/14 7:54 AM
Heç kəs hədiyyəsiz qalmayacaq: İDEA mebel salonu payız festivalı elan edir!Artıq 18 ildir ki, “IDEA” mebel salonu Avropa mebel dəbinin Bakıdakı təzahürüdür. Yumşaq mebel, mətbəx, qonaq və yataq otaqları komfort və harmoniyası ilə heyran edir.

Uğurlu qiymət siyasətini və potensial müştərilərin arzularını nəzərdə tutan mebel salonu “Hər kəs üçün IDEA” prinsipinə sadiq qalaraq, “Hədiyyəli Payız” festival ayını açıq elan edir.

Mövsümün dəyişməsi ilə evinizin interyerini təzələmək və ya müxtəlif aksessuarlarla ona yeni rənglər qatmaq, payızın ilk çalarlarını günəşli İtaliyada qarşılamaq istəyirsinizsə, “IDEA” salonuna baş çəkin. 1 oktyabr - 1 noyabr tarixlərində edəcəyiniz istənilən alış-veriş zamanı siz qabaqcıl italyan fabrikləri tərəfindən hazırlanmış 300 mükafatdan birini əldə edə bilərsiniz. Bu ay ərzində Molteni, Rolf Benz, Turri, Aran və Snaidero fabriklərinin yenilənmiş şou-rumlarının yeni geniş məhsul çeşidi hər kəsi heyran edəcək.

Oktyabrın 1-də “IDEA” mebel salonunda “Hədiyyəli payız” festivalının açılışına həsr olunmuş təntənəli tədbir keçirilib. Xüsusi qonaqlar arasında aparıcı italyan fabriklərinin dizaynerləri, jurnal redaktorları və dəb icmalçıları yer alıblar.

Tədbirdə “JAN” atelyenin təqdimatında “RUBELLI” italyan parça evinin dəb nümayişi keçirilib. Nümayişdə yer almış eksklüziv libaslar “Nargis” fondu ilə birgə keçirilən xeyriyyə hərracına çıxarılıb.

Tədbirin qonaqları həmçinin, Molteni, Rolf Benz, Turri, Aran və Snaidero mebel fabriklərinin yenilənmiş şou-rumları ilə tanış olublar.

“IDEA” mebel salonunda hədiyyəniz sizi gözləyir!

Адрес: ул. У. Гаджибейли, 77А. Тел.: (994 12) 498 9660, 498 9661



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

October 2, 2014