Körpələrin qulaqlarına eşitmə cihazlarının taxılması prosesi həyata keçirildi

05/26/19 1:29 PM

Mart ayında ağır eşitmə qüsurundan əziyyət çəkən Sunay Hüseynli, Kübra Əmiraslanova, Cavid Dəmirli və Nihad Əhmədli “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl klinikalarından birində koklear implantasiya əməliyyatı olunub. Ötən həftə “Mediline” Group Assitance şirkətinin təşkilatı ilə fond tərəfindən əməliyyat edilən uşaqların Bakıda müayinəsi keçirildi. “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən körpələrin qulaqlarına eşitmə cihazlarının taxılması prosesi Bakıda həyata keçirildi. Əməliyyatın həyata keçirilməsində bizə dəstək olan anonim şəxslərə, eləcə də “Mediline” Group Assitance şirkətinə dərin minnətdarlığımızı bildiririk! Uşaqların ilk təəsüratlarını sizinlə bölüşürük!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

May 26, 2019