Kübra Əmiraslanova

05/3/19 11:30 AM
5 yaşlı Kübra Əmiraslanova anadangəlmə eşitmə qüsurundan əziyyət çəkirdi. Təcili koklear implantasiya əməliyyatına ehtiyacı olan körpə bir müddət öncə “Nargis Fund”ın dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birinə yola düşdü. Martın 21-ində uğurlu əməliyyat keçirən körpənin hazırda vəziyyəti yaxşıdır. Yaxın günlərdə onun qulağına eşitmə cihazı taxılacaq. “Nargis Fund” əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən “Türk Hava Yolları”na öz minnətdarlığını bildirir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

May 3, 2019