Lalə Nəsirova

Bildiyiniz kimi, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Daha öncə, “Nargis” Fonduna anadangəlmə eşitmə qüsurundan əziyyət çəkən Lalə və Leyla Nasirova bacılarının valideynləri müraciət etmişdilər. İndi isə xeyriyyə yarmarkamız sayəsində sağlamlığına qovuşan bacılarla sizi tanış etmək istərdik. 2 yaşlı Lalə Nasirova- noyabr ayında “Nargis” fondun dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birində uğurla əməliyyat olundu və bir ay sonra qulağına xüsusi eşitmə cihazı taxıldı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, o cümlədən Laləni və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk! Lalənin ilk təəsüratlarını sizinlə bölüşürük!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *