“Libraff” kitab mağazasında Maqsud İbrahimbəyovun “Qoy bizimlə qalsın” adlı toplusunun təqdimatı

04/15/19 1:40 PM
Əziz dostlar,məktəblilər,tələbələr və Maqsud İbrahimbəyovun yaradıcılığının pərəştikarları!Hər birinizi 17 aprel saat 15:00-da Hüseyn Cavid prospektində yerləşən "Libraff" kitab mağazasında baş tutacaq Maqsud İbrahimbəyovun "Qoy bizimlə qalsın" adlı toplusunun təqdimatına  dəvət edirik.Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin rus, azərbaycan və ingilis dillərində nəşr etdiyi kolleksiyaya yazarın iki məşhur romanı- "Qoy o bizimlə qalsın" və "Bütün yaxşılıqlara görə ölüm!"- daxil oldu. Hər iki əsərin mərkəzində- nəciblik, cəsarət,ilk sevgi hisləri və əfv dərsləri durur.Təqdimatın qonaqları Maqsud İbrahimbəyovun həyat yoldaşı və yaradıcılıq Mərkəzinin direktoru-Anna İbrahimbəyova tərəfindən qarşılanacaq. Tədbir çərçivəsində Oxbridge Akademiyasının şagirdləri "Qoy bizimlə qalsın" romanı əsasında teatr etüdünü nümayiş etdirəcək, məşhur müğənni və bəstəkar Murad Arif Maksud İbrahimbəyovun azərbaycan dilinə tərcümə olunmuş "Əlvida,miledi" adlı hekayəsini oxuyacaq.Təqdimatın xüsusi qonaqları isə 2 saylı uşaq evinin sakinləri olacaqdır. Eləcə də, hər kəs öz görüşlərini bölüşüb, fikirlərini paylaşa biləcək."Qoy bizimlə qalsın" toplusunu yalnız təqdimat əsnasında deyil, bundan sonra bütün “Libraff” kitab mağazaları şəbəkəsindən əldə etmək mümkün olacaq. Kitabların satışından əldə ediləcək bütün gəlir “Nargis” fondunun siyahısındakı körpələrin müalicəsi üçün sərf olunacaq. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

April 15, 2019