Məryəm Talışinskaya

08/2/17 8:12 AM
Yaş yarımlıq Məryəm Talışinskaya anadangəlmə ürək xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəliyin (Mitral Valve) aradan qaldırılması üçün əməliyyat dünyanın bir çox ölkələrində mümkünsüz hesab edilirdi. Lakin Fransadan gələn müsbət cavabın ardınca qızcığaz “Nargis” xeyriyyə fondunun dəstəyilə həmin ölkəyə göndərildi. Məryəm Fransanın aparıcı Kardio-cərrahiyyə institutlarından birində uğurla əməliyyat olundu. Əməliyyat üçün tələb olunan 32 000 avro məbləğində vəsaitin 28 000-i Fondun təsisçisi Ülviyyə Mahmudova və anonimlər tərəfindən ödənildi. Məhz bu insanların sayəsində körpə sağlam həyata dönmə şansı qazandı. Hazırda körpə süni nəfəs aparatından ayrılıb, özü nəfəs alır və həkimlərin nəzarəti altında müalicəsi davam etdirilir.

“Nargis Fund” əməliyyatın həyata keçirilməsində öz yardımını əsirgəməyən “Azərbaycan Hava Yolları” QSC-yə, o cümlədən Məryəmin təyyarədən dərhal ambulatoriyaya aparılmasında göstərdikləri köməyə görə şirkətin Fransa nümayəndəliyinə dərin minnətdarlığını bildirir. Bundan başqa, Fransada Talışinskilər ailəsinə göstərdiyi böyük dəstək üçün Parisdəki “Azərbaycan evi”nin rəhbəri Mirvari Fətəliyevaya təşəkkür edirik. Məryəmin vəziyyəti ilə bağlı məlumatlar yenilənəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

August 2, 2017