Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası

Dekabrın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilib.Tədbir gecənin qonaqlarının müxtəlif Macarıstan məhsullarını əldə edərək xeyriyyəçiliyə töhfə vermiş olacaqları kiçik yarmarka ilə başlayıb. Sonra dünya şöhrətli macar pianoçu Endre Hegedyuş və skripkaçı Feliks Laykonun iştirakı ilə konsert proqramı təqdim edilib.

Tədbirin əsas məqsədi 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün vəsait toplamaqdır. Vəsait əsasən, gözdən əlil və zəif görən uşaqların oxu və yazı bacarıqlarını mənimsəmələri üçün zəruri olan Brayl çap maşınını almağa yönəlib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *