Meet our Team!

02/17/20 11:35 AM
Əziz dostlar! “Nargis” Fonduna göstərdiyiniz sevgi və etimada görə dərin minnətdarlığımızı bildiririk. Sizi Fondumuzun fəaliyyəti barədə daha yaxından tanış etmək istərdik. “Nargis” Fondu 2012-ci ildə yaranıb "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən yaradılıb və 2013-cü ildən etibarın aktiv fəaliyyət göstərməkdədir. Fondun əsas fəaliyyət məqsədi müalicə və əməliyyata ehtiyacı olan uşaqlara dəstəyin göstərilməsidir. Yarandığı tarixdən etibarən Fond tərəfindən olunan bütün pul köçürmələri heç bir vasitəçilik olmadan birbaşa xəstəxanalara edilir. Daha sonra müalicə və əməliyyatla bağlı bütün qəbz və hesab-fakturalar Fondun rəsmi saytına yüklənilir. “Nargis” Fondu həkim və xəstəxana seçiminə böyük həssaslıqla yanaşır. Prioritetimiz və hədəfimiz bizə müraciət etmiş uşaqların sağlamlığıdır, buna görə həkim və xəstəxana seçməzdən öncə araşdırma edirik, körpələri yalnız əmin olduğumuz insanlara və qurumlara yönləndiririk. Sizi “Nargis” fondunun çalışqan kollektivi ilə tanış edirik:
  1. Ülviyyə Mahmudova - Təsisçi və direktor;
  2. Nərmin İbrahimbəyli - İcraçı direktor;
  3. Natali Səfərova – Maliyyə işləri üzrə direktor;
  4. Lalə Xəlilova - İcra direktorun müavini;
  5. Aydan Nəsibova – Admin menecer;
  6. Nərmin Məmmədova - Layihə meneceri;
  7. Səbinə Məmmədli - Qeydiyyatçı menecer.
Kiçik lakin mehriban xanım kollektivimiz kiçikdən böyüyə hər kəsə dəstək göstərməkdən qürur duyur! ♥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

February 17, 2020