Murad Muradlı

04/21/17 10:45 AM


İki yaşlı Murad Muradlı anadangəlmə eşitmə qüsurundan əziyyət çəkir. Azərbaycanda əməliyyatın keçirilməsi mümkün olmadığından, bu əməliyyat İstanbulun "Kolan" klinikasında keçiriləcək. Əməliyyatın keçirilməsi üçün sizin də köməyinizə ehtiyac var. Bu məqsədlə 22-23 aprel tarixlərində "PARK BULVAR" ticarət mərkəzində "Carrousel"-dən şirniyyatlar, "Af Boutique"-dən hədiyyələr, "Handmade by Mooncrown"-dan müxtəlif aksesuarlar, bijuteriya, əl işləri və oyuncaqlar satışa çıxarılacaq. Gəlin birlikdə balaca Muradın dünyanı eşitməsinə dəstək olaq!

17.05.2017
Əziz dostlar! Murad Muradlının əməliyyatının keçirilməsi üçün tələb olunan məbləğ artıq yığılıb. 18 may tarixində Murad İstanbulun "Kolan" klinikasına yerləşdiriləcək. Ona koklear implantasiya əməliyyatının keçirilməsi tələb olunur. Anonim xeyirxah şəxslərə və audit-konsaltinq şirkəti "Ernst & Young" Azərbaycan ofisinə əməliyyatın keçirilməsinə kömək olduqlarına görə dərin minnətdarlığımızı bildiririk.

18.05.2017
18 may tarixində "Nargis" fondunun nümayəndəsi Nərmin Əliyeva eşitmə qüsurundan əziyyət çəkən Murad Muradlı ilə birgə İstanbula yola düşüb. "Kolan" klinikasında ona koklear implantasiya əməliyyatı keçiriləcək. Murada tezliklə sağalmasını arzulayırıq!

20.05.2017
Murad Muradlının koklear implantasiya əməliyyatı uğurla başa çatdı. Uşağın sağlamlığı barədə məlumat yenilənəcək.

22.05.2017
Bir neçə gün öncə koklear implantasiya əməliyyatı keçirmiş Murad Muradlı özünü yaxşı hiss edir. 23 may tarixində onun sarğısı dəyişdiriləcək, bir ay sonra isə o, "Kolan" klinikasında təkrar müayinədən keçəcək.

09.08.2017
Bir müddət öncə koklear implantasiya əməliyyatı keçirmiş Murad Muradlı İstanbulda müayinədən keçdi. Uşağa eşitmə cihazı taxılıb. Həyatında ilk dəfə ətraf dünyanı və doğmalarının səsini eşidən Muradın reaksiyası hər kəsi duyğulandırdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

April 21, 2017