Mürşüd Allahverdiyev

8 aylıq Mürşüd anadangəlmə göz qüsurundan əziyyət çəkirdi. Maddi cəhətdən əməliyyat xərclərini qarşılamağa çətinlik çəkən ailəyə “Nargis” fondu yardım göstərdi. Təcili göz əməliyyatına ehtiyacı olan körpə fondun dəstəyi ilə “Respublika Müalicəvi Diaqnostika Mərkəzi” xəstəxanasında əməliyyat olundu. Əməliyyat uğurla icra olundu və hazırda Mürşüdün vəziyyəti yaxşıdır. Körpənin əməliyyatı üçün vəsaiti ailənin özü tərəfindən toplanmışdı, yerdə qalan hissəsi isə - 1350 AZN - "Nargis" fond tərəfindən qarşılanmışdır. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *