“Nargis” fond tərəfindən təşkil olunan növbəti xeyriyyə aksiyası

05/31/20 6:59 AM

Bu gün 2020-ci ilin bahar mövsümünə əlvida deyirik. Bu yaz həqiqətən də bir başqa yaz oldu, dünyamız üçün, hər birimiz üçün çətin dönəmdən keçdik. Son üç ay ərzində “Nargis” Fondu olaraq dəstəyə ehtiyacı yaranmış insanlara kömək ola bilmək üçün böyük həvəs və əzmlə çalışdıq. Mart ayından başlayaraq Fond tərəfindən üç xeyriyyə aksiyası keçirildi. Aksiyalar çərçivəsində Bakı, Abşeron və Sumqayıtda yaşayan 373 aztəminatlı ailəyə, toplam 1415 vətəndaşa ərzaq və gigiyena məhsulları ünvanları üzrə çatdırıldı! Ümumi çəkisi 32 kq təşkil edən hər bir yardım qutusuna aşağıdakı məhsullar daxildir: qaymaq, yüksək keyfiyyətli kərə yağı, bitki yağları, pendir, xama, təzə kəsilmiş dana əti (1 kg), toyuq, kartof, soğan, mərci, qarabaşaq, düyü, un (6 kg), makaron, spagetti, çay, müxtəlif çeşidlərdə peçenye, şəkər tozu (5 kg), qənd, konfet, həmçinin tibbi maska, antibakterial vasitələr və uşaq bezləri. Komandamız adından Azərbaycan xalqına daim sağlam olmağı arzulayırıq! Daim Sizinləyik!♥️ Üçüncü aksiyanın videohesabatını diqqətinizə çatdırırıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

May 31, 2020