“Nargis” fondu və Olive Project tərəfindən hərrac keçiriləcək

06/5/14 7:19 AM
İyunun 7-də “Rixos Quba” otelində Azərbaycan Qolf Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qolf üzrə Azərbaycan turniri start götürəcək. Hərracdan əldə edilmiş vəsait Niman-Pik xəstəliyindən əziyyət çəkən Şəhriyar Əliyevin müalicəsinə yönəldiləcək. Niman-Pik – ömürlük müalicə tələb edən nadir genetik xəstəlikdir. Şəhriyar Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən ilk şəxsdir. Bu səbəbdən ölkəmizdə onun müalicəsi üçün şərait yoxdur. O, xəstəliyin ilk daşıyıcısı kimi rəsmi olaraq, Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçib. Balaca Şəhriyar yenidən sağlamlığına qovuşacağı günü səbirsizliklə gözləyir: “Əvvəllər mən rəqslə məşğul olur və rəqqas olmağı arzulayırdım. Ancaq bu xəstəlik arzumun arxasınca getməyə icazə vermir. İndi yeganə istəyim savadlı həkim olmaqdır”.

Gəlin Şəhriyarın bu arzusunu birlikdə həyata keçirək!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

June 5, 2014