Nargis x Samsung Women, Children and Well-Being fotosərgisinin açılışı

İyunun 27-də Bakıda Müasir İncəsənət Muzeyində Women, Children and Well-Being foto sərgisi açılıb. Ekspozisiyaya Samsung Electronics və Unilever şirkətinin sponsorluq etdiyi Nargis jurnalının və Fondunun sosial layihəsi çərçivəsində çəkilmiş unikal fotoşəkillər daxildir. Beləliklə, yeddi qadın-fotoqraf Azərbaycanın müxtəlif bölgələrində yaşayan qadın sakinlərin gündəlik həyatlarını həkk etmək üçün Azərbaycanın yeddi regionuna yollandılar. Çəkiliş zamanı bütün iştirakçılar layihənin baş sponsoru olan Samsung Electronics-in təqdim etdiyi Galaxy S10 + flaqman smartfonlarından istifadə ediblər. Layihə BMT-nin Uşaq fonduna və UNICEF-in dünyanın müxtəlif yerlərində göstərdiyi fəaliyyətinə həsr olunmuş Nargis jurnalının iyun buraxılışına təsadüf edir.</p>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *