Ömər Məmmədzadə

02/12/20 5:58 AM
Əziz dostlar! Bildiyiniz kimi, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Daha öncə, Məmmədzadə ailəsi əməliyyata dəstək üçün ”Nargis” fonduna müraciət etmişdi. 3 yaşlı Ömər anadangəlmə kəskin limfoleykoz xəstəlikdən əziyyət çəkirdi. Balaca Ömərin müalicəsi və əməliyyatı üçün tələb olunan vəsait- 9000 ABŞ dolları- “Nargis” Fond tərəfindən qarşılanmışdır. Qeyd etmək istərdik ki, əməliyyat Belarus Milli Onkologiya Mərkəzində həyata keçirildi və halhazırda uşağın vəziyyəti qənaətbəxşdir. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

February 12, 2020