Ruqiyyə İsgəndərova

3 yaşlı Ruqiyyə İsgəndərova anadangəlmə eşitmə qüsurundan əziyyət çəkirdi. Təcili koklear implantasiya əməliyyatına ehtiyacı olan körpə bir müddət öncə “Nargis Fund”ın dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birinə yola düşdü. Əməliyyat uğurla icra olundu, hazırda körpənin vəziyyəti yaxşıdır. Yanvarın 28-də isə Ruqiyyə qulağına eşitmə cihazının yerləşdirilməsi üçün Fondun nümayəndəsi və valideyni ilə birlikdə Türkiyəyə yola düşəcək. “Nargis Fund” Fondun əməkdaşı ilə körpənin valideynlərini aviabiletlərlə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığını bildirir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *