Səccad Heybətzadə

"Nargis" fondu ürək qüsurundan əziyyət çəkən Səccad Heybətzadənin əməliyyat və müalicəsi ilə bağlı yaranan bütün xərcləri öz üzərinə götürüb.
Martın 11 Səccad İstanbulun "Gaziosmanpaşa" klinikasında əməliyyat olunub. Əməliyyat uğurlu keçib, uşaq özünü yaxşı hiss edir. O, uşaq serebral iflicindən əziyyət çəkdiyinə görə hal-hazırda reabilitasiya keçir. Uşağın tezliklə sağalması üçün həkimlər əlindən gələni edirlər.
Əməliyyatın keçirilməsinə dəstək olduqlarına görə "Nargis" fondu "Mediline Group Assistance" şirkətinə və Azərbaycan Hava Yolları QSC-yə öz dərin minnətdarlığını bildirir.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *