Sara Bayramlı

3 yaşlı Sara Bayramlı əkiz bacısından fərqli olaraq anadangəlmə eşitmə qüsurundan əziyyət çəkirdi. Təcili koklear implantasiya əməliyyatına ehtiyacı olan körpə bir müddət öncə “Nargis” fondun dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birinə yola düşdü. Əməliyyat uğurla icra olundu və bir ay sonra qulağına xüsusi eşitmə cihazı taxıldı. 3 yaşlı Sara artıq ətrafda baş verənləri duymağa və doğmalarının səsini eşitməyə başladı. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə “Soyuq əllər,isti ürək” xeyriyyə yarmarkasının baş sponsorlarına, “Azərbaycan Hava Yolları” QSC-yə və eləcə də xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *