SMARTWOMEN Nargis x Samsung Lənkəran

Nargis Samsung və Unilever şirkətinin dəstəyi ilə sosial layihə həyata keçirdi. Layihə çərçivəsində yeddi qadın-fotoqraf Lahıcdan tutmuş Quba və Lənkərana qədər Azərbaycanın müxtəlif bölgələrində yaşayan qadınların gündəlik həyatlarını həkk etmək üçün Azərbaycanın yeddi regionuna yollandılar. İlk video çarxımızın qəhrəmanı - memar və fotoqraf Leyli Ələkbərova gənc toxucu Ruziyə Bədəlzadənin həyatından bir neçə anı ölümsüzləşdirmək üçün ölkəmizin cənubuna, Lənkərana yola düşdü. Çəkiliş zamanı Leyli yalnız Galaxy S10+ flaqman smartfonundan istifadə etdi. Səfər isə Unilever şirkətinin dəstəyi ilə həyata keçirildi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *