«Soyuq əllər-isti ürək»: Qış Möcüzəsi

11/21/14 7:58 AM
«Soyuq Əllər-İsti Ürək» – şüarı altında Nərgiz Nəşriyyat evi ötən il ilk yeni il xeyriyyə yarmarkasını başlatdı.Ənənəyə sadiq qalaraq, bu ildə dekabr ayından etibarən 1 ay müddətində bizimlə birgə bayram əhval-ruhiyəsini bölüşəcəksiniz. «Soyuq Əllər-İsti Ürək» yeni il yarmarkası Fəvvarələr meydanında baş tutacaq: Siz məşhur qonaqlarla görüş, yeni il suvenirləri, şirniyyatlar və hədiyyələrlə öz əzizlərinizi sevindirə bilər, uşaqlar və böyüklər üçün çoxsaylı əyləncələr sayəsində özünüzü gerçək qış nağılının qəhrəmanları kimi hiss edə bilərsiniz.

Şübhəsiz ki, bizim yarmarkanı ziyarət etdikdən sonra, siz oradaki bayram əhval-ruhiyyəsinin və isti ürəyimizin bir hissəsini özünüzlə aparacaqsınız. Ənənəyə görə, təşkil olunan hər bir tədbir,eləcə də yarmarka xeyriyyə xarakteri daşıyır. Əldə olunan bütün gəlir Buzovna kəndində yerləşən Qocalar Evinin təmirinə, həmçinin ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunacaq. Yarmarka barəsində daha ətraflı məlumat, foto və videoçarxlar yaxın zamanda nargismagazine.az və buro247.az saytlarında yerləşdiriləcək.


Hər birinizi bizim xeyriyyə yarmarkasında iştirak etməyə dəvət edirik!
Eyni zamanda, “Nargis Fund” olaraq tədbirimizin baş sponsorları-Bank Technique, Jaguar Energy Drink,"A+A Events"ə texniki dəstəyə görə və tədbirin həyata keçirilməsində göstərilən yardımlaraa görə öz minnətdarlığımızı bildiririk.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

November 21, 2014