Sunay Hüseynli

3 yaşlı Sunay Hüseynli anadangəlmə eşitmə qüsurundan əziyyət çəkirdi. Təcili koklear implantasiya əməliyyatına ehtiyacı olan körpə bir müddət öncə “Nargis” fondun dəstəyi ilə İstanbulun qabaqcıl klinikalarından birinə yola düşdü. Əməliyyat uğurla icra olundu və bir ay sonra qulağına xüsusi eşitmə cihazı taxılacaq. “Nargis Fund” əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən Sunay və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Türk Hava Yolları”na öz minnətdarlığını bildirir! Sunayın əməliyyatı barədə daha ətraflı məlumatı nargisfund.com saytımızdan əldə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *