Haluk Leventin xeyriyyə konserti

7 dekabr tarixində Bakı şəhərinin “Elektra Events Hall” səhnəsində tanınmış rok ifaçısı Haluk Leventin xeyriyyə solo konserti baş tutacaq! Xatırladırıq ki, konsert limfoma xərçəngindən əziyyət çəkən Sura Nadirovaya dəstək məqsədi ilə keçirilir. Biletlərin satışından əldə olunan bütün gəlir Suranın müalicə xərclərinin qarşılanmasına yönləndiriləcək. Biletləri şəhərin bütün kassalarından, www.iticket.az saytından və ya sadəcə linkə daxil olaraq əldə edə bilərsiniz: https://iticket.az/az/events/concerts/haluk-levent-charity-concert/15207 Qeyd etmək istərdik ki, xeyriyyə konserti “iTicket.az”, “Nargis” Fondu, “A+A events” və “Elektra Events Hall”-un dəstəyi və ortaq təşkilatçılığı ilə keçirilir. Biletinizi əldə etməyə tələsin. Gəlin, Suraya birlikdə dəstək olaq!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *