Yaşlılarımıza dəstək kampaniyası

04/10/20 6:18 PM
Dəyərli dostlar! Bir müddət öncə Sizdən tənha yaşlılarımız barədə sahib olduğunuz məlumatı bizimlə paylaşmağınızı xahiş etdik. Nəticə olaraq xüsusi karantin rejiminin elan olunduğu gündən etibarən “Nargis” fondu tərəfindən Bakı, Bakı ətrafı və Sumqayıt üzrə 40-dan çox ağbirçək və ağsaqqallarımız bir aylıq ərzaq məhsulları ilə təmin edildi. Lakin bu müddət ərzində virusla əlaqədar ehtiyacı yaranan müxtəlif kateqoriyalı insanlarından bizə çoxlu müraciətlər daxil edildi. “Nargis” fondu olaraq heç kəsin halına biganə qala bilmirik. Növbəti paylaşımda bununla bağlı ətraflı yazacayıq. Məhsulların qablaşdırılması və operativ şəkildə ünvanlara çatdırılmasını həyata keçirdiyinə görə @hungry_azerbaijan şirkətinə təşəkkürümüzü bildiririk!Sağlam qalın!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

April 10, 2020