Yengibar Məmmədli və Fatimə Salmanlı

04/14/19 10:22 AM
Əziz dostlar! Daha əvvəl koklear implantasiya əməliyyatına ehtiyac duyan 1 yaşlı Yengibar Məmmədlinin valideynləri və ürək çatışmamazlığından əziyyət çəkən 2 yaşlı Fatimə Salmanlının ailəsi “Nargis” fonda yardım üçün müraciət etmişdir. Hər iki əməliyyat yaxın bir tarixdə Türkiyənin aparıcı kliniklarından birində baş tutacaq. Bir neçə ay öncə fondumuz tərəfindən xərçəng xəstəliyindən əziyyət çəkən Şəms İmamquliyevanın müalicəsi üçün 20 000 ABŞ dolları köçürülmüşdür. Əfsuslar olsun ki, Şəmsi xilas edə bilmədik... Şəmsin valideyni Fərman İmamquliyev həmin məbləği yuxarda qeyd olunan uşaqların müalicəsi üçün-hər birinə 10,000 $ olmaqla-fondumuza geri köçürdü. “Nargis” fond adından Fərman müəllimə dərin minnətdarlığımızı bildiririk və uşaqların tez bir zamanda sağalacağına ümid edirik!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

April 14, 2019