Yeni Doğulmuş Körpə

8 noyabr tarixində fondumuza Məmmədovlar ailəsi tərəfindən bir neçə gün öncə "Baku Medical Plaza" klinikasında dünyaya gəlmiş körpələrilə bağlı müraciət daxil oldu. 19 il övlad həsrəti çəkən bu ailəyə körpə möcüzələrini həyatda saxlamaq üçün maddi dəstək tələb olunurdu. Küveysə yerləşdirilməsi və xüsusi müalicələrdən keçməsi üçün tələb olunan vəsaitin bir qismi ailənin özü tərəfindən toplanmışdı, yerdə qalan hissəsi isə "Nargis" Fund və xeyriyyəçi Səbinə Rəhimova tərəfindən ödənildi. “Nargis” Fondu balaca körpə üçün öz dəstəyini əsirgəməyən Səbinə Rəhimoyava dərin minnatdarlığını bildirir!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *