Zəhra Mirzəbəyova

Bir müddət əvvəl “Nargis Fund”a böyrək çatışmazlığından əziyyət çəkən Zəhra Mirzəbəyovanın ailəsi müraciət etmişdi. Müayinələr göstərdi ki, ona təcili böyrək köçürülməlidir. Əməliyyat üçün 25000 ABŞ dolları tələb olunurdu. Qısa zaman ərzində “BP” şirkəti və anonim şəxsin sayəsində bu məbləğ toplandı. Zəhra bu gün Türkiyənin İstanbul şəhərinə yola düşür, onun əməliyyatı gələn həftə “Gaziosmanpaşa” xəstəxanasında baş tutacaq.

30.04.2107
Böyrək çatışmazlığından əziyyət çəkən Zəhra Mirzəbəyova Türkiyənin İstanbul şəhərində yerləşən “Gaziosmanpaşa” xəstəxanasına yerləşdirilib. Mayın 3-də onun üzərində böyrək köçürülməsi əməliyyatı aparılacaq. Əməliyyat üçün tələb olunan 25000 ABŞ dolları “BP” şirkəti və anonim şəxs tərəfindən ödənilib. “Nargis Fund” bütün xeyirxah insanlara öz minnətdarlığını bildirir!

10.05.2017
Türkiyənin “Gaziosmanpaşa” xəstəxanasında böyrək transplantasiyası əməliyyatı keçirmiş Zəhra Mirzəbəyovanın vəziyyəti qənaətbəxşdir. Hazırda o, ciddi nəzarət altında saxlanılır və bərpa müddəti keçir. Zəhranın vəziyyəti haqqında məlumat yenilənəcək.

18.05.2017
Türkiyənin “Gaziosmanpaşa” xəstəxanasında üzərində böyrək köçürülməsi əməliyyatı aparılan Zəhra Mirzəbəyova artıq evə buraxılıb. O, hələ bir müddət İstanbulda həkimlərin nəzarəti altında qalacaq. Bir ay sonra Zəhra böyrəklərinin fəaliyyətinin yoxlanılması məqsədilə təkrar müayinə olunmalıdır. Xəstənin vəziyyəti ilə bağlı məlumatlar yeniləcək.

11.10.2017
Zəhra Mirzəbəyovanın üzərində 4 ay öncə böyrək transplantasiyası əməliyyatı aparılıb. 2 gün əvvəl İstanbulun “Gaziosmanpaşa” klinikasında edilən müayinələr zamanı məlum olub ki, böyrək uşağın orqanizminə tam uyğunlaşıb. Karantin müddəti bitəndən sonra Zəhra normal həyat tərzinə dönə biləcək. Körpənin əməliyyatında yardım edən bütün anonimlərə öz minnətdarlığımızı bildiririk!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *