“Nargis” fondu- qeyri-hökümət,qeyri-kommersiya təşkilatıdır. Bizim əsas məqsədimiz xeyriyyə aksiyaları keçirməklə aztəminatlı ailələrə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara səhiyyə sahəsində yardım göstərməkdir. Fondumuz mütəmadi olaraq, uşaq evləri və internat məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqların,o cümlədən Qocalar evi sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş tədbirlər və görüşlər keçirir.