Əziz dostlar!
Hər il olduğu kimi, “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.
Qürur və sevinc hissi ilə sizi builki yarmarkanın sponsorları, tərəfdaşları və iştirakçıları ilə tanış etmək istəyirik!
“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2025 xeyriyyə yarmarkası aşağıdakı sponsorların əvəzolunmaz dəstəyi ilə keçirilir:
“PAŞA Holding”, “Azercell”, “Coca-Cola”, “Baku Steel Company”, “Azergold”, “Yango”, “Lay’s”, “CityNet”, “Corndogs”, “Magnolia by Chocolatier” və “Eat Me Kumpir”.
Tədbirin rəsmi tərəfdaşları:
Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişiq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Strafor Kəsim” və “E Point”.
“Nargis” Fondu hər bir sponsor, tərəfdaş və iştirakçıya dərin minnətdarlığını bildirir və uğurlar arzulayır!