Yarmarkalar 24/01/25

“Soyuq Əllər, İsti Ürək” 2024/2025 xeyriyyə yarmarkasının hesabatı!

Əziz dostlar! Hər il ənənəvi olaraq təşkil etdiyimiz “Soyuq Əllər, İsti Ürək” Yeni İl Xeyriyyə Yarmarkası bu il də böyük uğurla başa çatdı. “Nargis” Fondu olaraq, 2024-2025-ci il mövsümündə dəstəkçilərimizin, sponsorlarımızın və Fond rəhbərliyinin birgə səyi nəticəsində yarmarkadan əldə edilən gəlir hesabına ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərini tam şəkildə qarşıladıq.

Bu mövsümdə ümumi olaraq 404,036 AZN vəsait toplanmışdır.

2024/2025 “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası çərçivəsində müalicə və əməliyyat olunan körpələr:

1. Emil Lətifli - 67.068 USD

2. Azər Məhərrəmli - 55.000 USD

3. Duyğu Hacıyeva - 113.000 USD

4. Fərid Əhmədov-Mətin Seydiyev - 570 AZN

5. Yenidoğulmuş Həsənov - 600 AZN

6. Yenidoğulmuş Səbinə Məmmədova - 1000 AZN

7. Təyyar Allahverdiyev - 2250 AZN

Bütün təşkilatlara və fərdi dəstəkçilərə göstərdikləri kömək və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Birlikdə daha çox uşağa ümid bəxş etməyə davam edəcəyik!