Yarmarkalar 17/09/25

«Soyuq Əllər, İsti Ürək» 2025-2026 - tarixlər

«Soyuq Əllər, İsti Ürək» 2025–2026 xeyriyyə yarmarkası bu dəfə 25 noyabrdan 5 yanvaradək Fəvvarələr Meydanında keçiriləcək və meydanı əsl qış nağılına çevirəcək!

Sizi bu xeyirxah tədbirin bir hissəsi olmağa dəvət edirik – burada ürəklərin istiliyi bayram ab-havası ilə qovuşaraq nəcib bir məqsədə xidmət edəcək. Yarmarkadakı evciklərin icarəsindən toplanan bütün vəsait tibbi yardıma ehtiyacı olan uşaqların müalicəsinə yönəldiləcək.

Bu Yeni ildə birgə səylərimizlə biz uşaqlara ümid, sağlamlıq və xoşbəxt gələcək bəxş edə bilərik. Sizi möhtəşəm açılış mərasimi, konsert proqramı, dadlı qış təamları və çoxsaylı sürprizlər gözləyir.

Gəlin birlikdə ürəkləri isidək və dünyanı daha da mərhəmətli edək!