"Torpaq Əlimdə, Bahar Ürəyimdə" xeyriyyə yarmarkası 15 mart - 15 aprel 2025-ci il tarixlərində Fəvvarələr Meydanında qapılarını açır!
Sizi sevinc və xeyirxahlığın bir araya gəldiyi bu önəmli tədbirin bir hissəsi olmağa dəvət edirik. Yarmarkada evlərin icarəsindən toplanan bütün vəsait tibbi yardıma ehtiyacı olan uşaqların müalicəsinə yönləndiriləcək.
Bu Novruz bayramında birlikdə addım ataraq uşaqlara sağalmaq ümidi və şansı bəxş edə bilərik! Açılışda rəngarəng yaz ab-havası, musiqi proqramı, ləzzətli təamlar və gözlənilməz sürprizlər sizi gözləyir.
Gəlin, dünyanı bir az da gözəlləşdirək!