Yarmarkalar 03/04/25

Yarmarkanın balaca qonaqları

“Nargis” Fondu 3 saylı Uşaq evinin balacaları üçün xüsusi bir gün təşkil etdi.

Uşaqlar əvvəlcə “Torpaq Əlimdə, Bahar Ürəyimdə” yarmarkasını ziyarət etdilər. Burada @tasteoffriendship.az , @cake_by_sham , @vyana_sokolad_evi, @ferosmashburgers, @crazybubble.az uşaqlara sevinc bəxş edərək onlara hədiyyələr təqdim etdilər. Həmçinin, uşaqların “Xoxan” və “Labirint” evlərində əyləncəli vaxt keçirmələri üçün şərait yaradan Vüqar bəyə xüsusi minnətdarlığımızı bildiririk!

Daha sonra uşaqlar @ferma_art_ -da dadlı yeməklərin dadını çıxardılar. Günün sonunda isə @bakubus_official hər zaman olduğu kimi onları təhlükəsiz və rahat şəkildə yola saldı.

Bu günün reallaşmasına dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Birlikdə sevinc paylaşmaq və balaca qəlblərə toxunmaq bizim ən böyük məqsədimizdir!