HAQQIMIZDA

Haqqimizda

Bizim missiyamız

“Nargis” fondu- qeyri-hökümət,qeyri-kommersiya təşkilatıdır. Bizim əsas məqsədimiz xeyriyyə aksiyaları keçirməklə aztəminatlı ailələrə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara səhiyyə sahəsində yardım göstərməkdir. Fondumuz mütəmadi olaraq, uşaq evləri və internat məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqların,o cümlədən Qocalar evi sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş tədbirlər və görüşlər keçirir.

“Nargis” fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib, aktiv fəaliyyətə 2013-cü ildən başlayıb. Fondumuz fəaliyyət müddəti ərzində aztəminatlı ailələrə və xüsusi diqqətə ehtiyacı olan uşaqlara yardım etmək üçün bir sıra xeyriyyə tədbirləri keçirməyə nail olmuşdur.Vəzifəmizin həyata keçirilməsinə töhfə verəcək hər formada ianəni qəbul edirik və bu məqsədlə göstərilmiş dəstək üçün sizlərə minnətdarıq.

YARDIM GÖSTƏRMƏK İSTƏYİRSİNİZ? SUALLARINIZ VAR?

Bazar ertəsi - cümə,
10:00 dan - 18:00 dək

+(994 12) 404 23 03, 404 23 13

NƏTİCƏLƏRİMİZ

Təşkilatımızın təməlini mərhəmətli və bu kimi işlərdən məmnuniyyət duyan xeyirxah insanlar təşkil edir. Xeyriyyə tədbirlərinin təşkili, müalicə və əməliyyat kimi məsuliyyətli işlərin planlaşdırılmasında öhdəçilik, ianələrin ehtiyacı olan uşaqlara çatdırılmasında isə vasitəçilik rolu oynayan fondumuz bu prosesin mümkün qədər asanlaşdırmasına çalışır.

Bizim komandamız yeniliklərə açıqdır. Biz hər zaman sizin təkliflərinizi və fikirlərinizi dinləməyə, onların effektiv şəkildə həyata keçirilməsinə kömək etməyə hazırıq. Biz fəxr edirik ki, hər il könüllülərimizin və xeyriyyəçilərimizin sayı artır! Uşaqların həyatlarına biganə qalmayan hər kəsə təşəkkür edirik!